İtaliyanın Baş naziri və Türkiyə Prezidenti Yaxın Şərqdəki böhranı müzakirə ediblər
İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Polise.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
Məlumatda bildirilib ki, telefon söhbəti zamanı Yaxın Şərqdəki münaqişə fonunda davam edən böhranla bağlı son hadisələrə toxunulub. Hər iki lider regionundakı bu çətin vəziyyətdə təhlükəsizlik və sabitliyə töhfə verməyə hazır olduqlarını bir daha vurğulayıblar.
Ciorcia Meloni münaqişənin bölgənin qalan hissəsinə yayılmamasına ümid etdiyini və Türkiyənin bu kontekstdə mühüm rol oynadığını bildirib.
Söhbət zamanı iki ölkə arasındakı sıx əlaqələr də nəzərdən keçirilib.
Polise.az