İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları Zəngilana getdilər

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilana səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Zəngilan rayonuna gəliblər. Konfrans iştirakçıları Zəngilan rayonuna səfəri zamanı yenidən qurulan Ağalı kənd mərkəzindəki “ZƏFƏR” abidəsini ziyarət edib.

Səfər iştirakçılarının Zəngilan rayonu Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, ötən gün, konfrans iştirakçıları günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq, Şuşa şəhərində azərbaycanlı əsirlərin saxlandığı Şuşa həbsxanası ilə də tanış olublar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button