Jurnalist Baydenin prezident yarışından çəkilmə xəbərinə bu cür reaksiya verdi
Ağ Evin keçmiş mətbuat katibi və “MSNBC”-nin hazırkı aparıcısı Cen Psaki ABŞ Prezidenti Co Baydenin yarışdan çəkilmək qərarı haqqında danışarkən ağlayıb.
“AzPolitika” xəbər verir ki, Ağ Evin keçmiş mətbuat katibi və “MSNBC”-nin hazırkı aparıcısı Cen Psaki xəbəri çatdırmaqda çətinlik çəkib.
“Mən bunu qəbul etməyə çalışıram, çünki il yarım onun yanında işləmişəm. O, qeyri-adi insan və prezidentdir”, -deyə o bildirib.
Co Baydenin 2024-cü il prezidentlik yarışından geri çəkilmək qərarı liberal mediada böyük şok yaradıb. Bir çox jurnalistlər Baydenin bu qərarını böyük kədərlə qarşlayıblar.
Polise.az