Kəlbəcər və Laçın QAYTARILIR?

İşğal olunmuş Dağlıq Qarabağdakı işğalçı rejimin “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan avqustn 24-də sensasiyalı bəyanatla çıxış edib. Babayanın dediyinə görə, 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyevlə o zamankı Ermənistan prezidenti Serj Sərkisyan arasındakı danışıqlarda konkret saziş layihəsi müzakirə olunub, bu sülh planı ilk mərhələdə Ermənistanın beş rayonu işğaldan azad etməsini, bunun ardınca – 5 il sonra Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsini nəzərdə tuturmuş. 

S.Babayanın rezonans doğuran açıqlamasından sonra virtualaz.org  diplomatik mənbələrə müraciət edərək qondarma rejimin  “Təhlükəsizlik Şurası katibi”nin danışıqlar prosesində yeni dönüş yarada biləcək ifadələrinə aydınlıq gətirilməsini xahiş edib. Diplomatik mənbələr Samvel Babayanın məlumatlarını təsdiqləyiblər, bundan əlavə onun dediklərinə bəzi sensasiyalı detallar da əlavə ediblər. Bildirildiyinə görə,  həqiqətən, Əliyevlə Sərkisyan arasındakı danışıqlarda konkret  saziş layihəsi müzakirə olunub, bu sülh planına görə, ilk mərhələdə Ermənistan beş rayonu işğaldan azad etmək öhdəliyini götürüb. Bunun ardınca – 5 il sonra Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi planlaşdırılıb. Aprel döyüşlərindən sonra, 20 iyun 2016-cı il tarixində bir neçə saat davam edən danışıqlar zamanı Əliyev və Sərkisyan Putinin vasitəçiliyi ilə həmin sülh sazişinin hazır mətnini müzakirə ediblər.

Bəs, həqiqətən də, S.Sərkisyan 5 rayonu, sonra iki rayonu, sonra bir dəhlizi qaytarmağa hazır olubsa, buna niyə razı olub və razı olubsa, niyə gerçəkləşdirməyib? Yoxsa bütün qeyd olunanlar Samvel Babayanın əsası olmayan və başqa məqsədlər güdən fikirləridir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan ərazilərində yerləşən işğalçı erməni rejimi vaxtaşırı Dağlıq Qarabağ probleminin  həlli ilə bağlı keçmişdə hansısa bir məsələnin, razılaşma planının olduğu barəsində məlumatlar, açıqlamalar yayır. Onların nəyi düzgün, nəyi səhv hesab etməsi Azərbaycanı maraqlandırmır. Azərbaycan öz işğal olunmuş torpaqlarını tam olaraq geri qaytarmaq əzmindədir və bunu mütləq edəcək. Heç bir sərkisyanlar, paşinyanlar, babayanlar bu məsələdə Azərbaycana mane ola bilməyəcəklər: 

“Ortada olan ondan ibarətdir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan özü inkişafdan geri qalır, bütün resurslarını ancaq müharibəyə yönəldir, əhalisi durmadan azalır, nəinki dünya birliyində, heç regionda belə, əhəmiyyətli söz sahibi deyil. Amma Azərbaycan çəkisinə görə dünyanın diqqətində olan, öz problemini istənilən səviyyədə qaldıran, ona diqqət edilməsini tələb edən bir ölkədir. Danışıqlar prosesində Azərbaycan tərəfi ancaq və ancaq Ermənistan qoşunlarının qeyd-şərtsiz işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edir. Azərbaycan ona da razıdır ki, məsələ iki mərhələdə həll olunsun. Birinci mərhələdə qoşunlar çıxarılır, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilir. Bu baxımdan Ermənistanın və işğal olunmuş torpaqlarda fəaliyyət göstərən rejimin nümayəndələrinin nə deməsi Azərbaycan üçün əhəmiyyətli deyil. Azərbaycan dövlətinin, xalqının, Azərbaycan Prezidentinin  qətiyyəti bundan ibarətdir ki, işğal olunmuş torpaqlarımız qeyd-şərtsiz azad olunmalıdır. Ermənistan bunu bilməlidir. Heç də təsadüfi deyilk ki, Samvel Babayanın istinad etdiyi keçmiş prezident Serj Sərkisyan bu yaxınlarda bildirdi ki, Azərbaycan heç zaman Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”. 

A.Mirzəzadə vurğulayıb ki, Ermənistan vaxtaşırı danışıqlar prosesinin mövzusunu və mahiyyətini dəyişdirməyə cəhd edib və edir. Ermənistan vaxtaşırı bu məsələlərlə bağlı provakision bəyanatlar verir. Hakimiyyətdə kimin olmasından və danışıqları kimin aparmasından asılı olmayaraq ortada olan budur: 

“Ancaq onlar unudurlar ki, Azərbaycan onların istədiyi kimi, torpaqlarının hansısa hissəsinin, Kəlbəcərin və Laçının kənarda qalmasına razılaşmayacaq. Azərbaycan üçün hər qarış torpağı əzizdir və danışıqlar prosesində problemin ədalətli həllinə kömək etməyən istənilən addımın qarşısını qətiyyətlə alacaq. Bu gün Dağlıq Qarabağ məsələsinin həll edilməməsi Ermənistanın özünə çox ciddi problemlər yaradır. Kəlbəcər və Laçını digər işğal olunmuş rayonlardan ayırıb bunu müzakirə mövzusuna çevirməkdə məqsəd danışıqlar prosesini uzatmaqdır. Azərbaycanı haqq yolundan çəkindirmək alınmır və alınmayacaq. Azərbaycan üçün əsas olan ərazi bütövlüyünün tam təmin edilməsi məsələsidir”.

Mənbə
hit.az
Hamısını Göstər

Related Articles

Back to top button