K vitamininin sağlamlıq üçün inanılmaz faydaları
K vitamini bədənimizin sağlamlığı üçün lazım olan əsas vitaminlərdəndir. K vitamini çatışmazlığı qanaxmaya, sümük zəifliyinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Polise.az tərkibində K vitamini olan əhəmiyyətli qidaları və onun faydaları barədə məlumatları təqdim edir.
K vitamini bədənimizin normal fəaliyyəti üçün lazım olan bir vitamindir. Qan laxtalanması və sümük mineralizasiyasında əsas rol oynayan yağda həll olunan vitamindir. Bu maddə ilk dəfə 1935-ci ildə danimarkalı biokimyaçı Henrik Dam tərəfindən təcrid edilib. Təbiətdə iki forması mövcuddur: K1 (filloxinon) və vitamin K2 (menaxinon).
K1 vitamini, əsasən, bitki tərkibli məhsullarda olur. İspanaq, brokoli, kələm, qırmızı kələm və yaşıl yarpaqlı tərəvəzlər K1 vitamini ilə zəngindir. K1 vitamini kahı, yerkökü, çuğundur, pomidor və bibər kimi digər tərəvəzlərdə də var. K2 vitamini isə bəzi fermentləşdirilmiş qidalarda olur. Yumurta və pendir kimi qidalar K2 vitamininin ən yaxşı mənbələri hesab olunur. Qatıq, kefir kimi fermentləşdirilmiş qidalar da K2 vitamini ilə zəngindir.
K vitamini çatışmazlığı qanaxmaya, sümük zəifliyinə və digər sağlamlıq problemlərinin yaranmasına vəsilə olur. Bu vitaminin çatışmazlığı nəticəsində insanlarda hətta kiçik bir cızıq və ya kəsik belə ciddi qanaxmaya səbəb yaradır. K vitamini çatışmazlığı, həmçinin osteoporoza səbəb olur.
K vitamini bədənimizin normal və sağlam fəaliyyəti üçün lazım olan vacib və əhəmiyyətli bir vitamindir. Müəyyən edilmiş qidalar bədən sağlamlığında K vitaminini artırmağın ən yaxşı yoludur.
Polise.az