Kadırov məxfi görüntüləri paylaşdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Rusiya dövlət sərhədini keçməsini əks etdirən video paylaşıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Kadırov Teleqram hesabında məlumat yayıb.
Kadırovun sözlərinə görə, Ukrayna əsgərləri Rusiya Müdafiə Nazirliyinin 204-cü xüsusi təyinatlı “Əhməd” (Axmat) alayının hücum bölmələrindən biri tərəfindən müəyyən edilib:
“Tezliklə atışma başladı və təxribatçılar məhv edildi. Rusiya artilleriyası diversantlara dəstək verən Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə bir sıra dəqiq zərbələr endirib”.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button