Kadırov mümkün istefasından danışıb: “Putin necə desə, elə də olacaq”

Çeçenistanın başçısı Ramzan Kadırov özünün mümkün istefası barədə danışıb.
Oxu.Az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı bu məsələni qaldıracağını söyləyib:
“Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Tezliklə seçki olacaq. Biz hər şey etdik, hər şeyi qurduq. Bir şey olarsa, kimdəsə müəyyən problemlər olarsa, qayıdacağıq! Bir daha deyirəm: qərarı mən vermirəm” , – deyə o diqqətə çatdırıb.
Xatırladaq ki, mayın 5-də R.Kadırov yerli xəbər agentliyinə müsahibəsində prezidentdən onu tutduğu vəzifədən azad etməyi xahiş etdiyini bildirmişdi.
Polise.az