Kallas: Gürcüstan düzgün yolda deyil

“Avropa İttifaqının xarici işlər nazirləri bu gün Gürcüstanı da müzakirə edəcəklər. Gürcüstanda vəziyyət pisləşir. Mən Gürcüstanda zorakılıq törədənlər və insan haqlarını pozanlara qarşı sanksiyaları yenidən masa üzərinə qoyacağam”.

Polise.az  xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan düzgün yolda deyil.

“Biz daha nələr edə biləcəyimizi müzakirə edəcəyik, çünki Gürcüstan düzgün yolda irəliləmir”, – K.Kallas söyləyib.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında böhran ötən ilin noyabrın 28-dən hökm sürür. Həmin gün Gürcüstan hökuməti Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button