Kallas Rusiyaya qarşı ən genişmiqyaslı sanksiyaların anonsunu verdi

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi 2022-ci ildən bəri ən genişmiqyaslısı olacaq.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib .

Diplomat Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayaraq, ölkənin artıq ağır bədəl ödədiyini vurğulayıb.

Kallaş əlavə edib ki, 22-ci sanksiyalar paketi qəbul edilsə, məhdudiyyətlərə məruz qalan Rusiya vətəndaşlarının və qurumlarının sayı üçdə bir artacaq.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button