Kallasdan Azərbaycan və Ermənistan açıqlaması

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair Aİ-nin tam dəstəyini ifadə edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar sessiyasına göndərdiyi mesajda bildirib.

“Avqustun 8-də Vaşinqtonda atılan tarixi addım regionu sabitliyə və uzunmüddətli sülhə yaxınlaşdırdı. Aİ Ermənistan və Azərbaycan arasında davamlı sülh, firavanlıq və inkişafa töhfə verən normallaşma prosesini dəstəkləyir”.

Diplomat həmçinin qeyd edib ki, hazırkı nizamlanma prosesi Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar yaradır və bu, regionun inkişafında dönüş nöqtəsi ola bilər.

Avropa İttifaqı son illər regionda sülh təşəbbüslərinin əsas vasitəçilərindən biri kimi çıxış edir və Brüsselin dəstəyi ilə tərəflər arasında aparılan dialoqun davam etdiriləcəyini bəyan edib.

Tahir Turan
Globalinfo.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button