Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
Baş Prokuror Kamran Əliyevin işdən çıxardığı kürəkəni Orxan Nuriyevin hansı dövlət qurumunda vəzifəyə təyin olunduğu məlum olub.
Avropa.info haqqin.az-a istinadən xəbər verir ki, Səbail rayon prokurorunun müavini olan Orxan Nuriyev K.Əliyevin əmri ilə bu vəzifədən azad olunduqdan sonra Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətə başlayıb.
O.Nuriyev DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, O.Nuriyevin bu vəzifədə, ümumiyyətlə, prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edib. “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.