Kamran Əliyev idarə rəisini işdən çıxardı, yenisini təyin etdi

Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalanıb.
Əmrə əsasən, İsgəndərov Kamran Əlihəsən oğlu Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə, həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.
Polise.az