Kamran Əliyev: Özbəkistanın Füzulidə məktəb binası tikməsi xalqlarımızın qardaşlıq münasibətlərinin sübutudur

Böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir.

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının açılışında deyib.

Baş prokuror bildirib ki, dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq:

“Ölkə prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni – siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub”.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button