Kamran Əsədovun abituryentlərə avadanlığı neçəyə satdığı açıqlandı -YENİLƏNDİ

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və tanışı Gündüz Abbasovun növbəti məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində K. Əsədov və Gündüz Abbasov dövlət tərəfindən təqdim edilən vəkildən imtina edib və müqavilə əsasında yeni vəkillə təmin olunub.
Hakimin qərarı ilə ilk olaraq dövlət ittihamçısının ittiham aktı oxunub.
Məlum olub ki, Kamran Əsədov və Gündüz Abbasov 6,8,9, 15, hətta 70 min manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına, pulların isə imtahanın nəticəsindən sonra verilməsinə razılaşdırılıb.
K. Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü heç bir maddəsi ilə özünü təqsirli bilmədiyini bildirib. Gündüz Abbasov isə ancaq özünü Cinayət Məcəlləsinin 302. 3 (gizli informasiya əldə etmək üçün nəzədə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi) maddəsi ilə təqsirli bilib.
Daha sonra zərəçəkmiş qismində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi kimi Mirzağa Yaqubzadə hakim qarşısında çıxış edib. Onun sözlərinə görə, sözügedən cinayət maddələri ilə təqsirli bilinənən şəxslər tərəfindən blok və qəbul imtahanlarında üzərlərinə cihazlar quraşdırılan təxminən 14 abituriyent 380, 400, hətta 500 dən artıq “bal” toplayıb. Dövlət İmtahan Mərkəzinin nümayəndələri ilkin olaraq 8 abonentin blok imtahanlarında açıq və digər sullara bənzər cavablar verdiyini, universitetə qəbul zamanı isə o abituriyentlərdən cihazların aşkar olunduğunu bildirib.
Aparılan istintaq zamanı abituriyentlərin sayının 14 nəfərə çatdığı təsdiqlənib.
Növbəti proses 22 yanvar saat 15:30-a təyin edilib. Məhkəmə zalından çıxan K.Əsədov növbəti dəfə juranlistlərin suallarını cavablandırmaq istəməyib.
Qeyd edək ki, Kamran Əsədov və Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə
***
15:01
Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi başlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, məhkəmə hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilir.
İttiham aktına görə, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.
Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Polise.az



