Kanada Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcək
Kanada Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcək.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Belə ki, Kanada hakimiyyəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın və Belarusun 18 vətəndaşını sanksiya siyahısına əlavə edəcək.
“Qadağalar Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin pozulmasına şərait yaratdıqlarına və yol verdiyinə görə məhdudiyyətlər tətbiq ediləcək. Bu şəxslərin Rusiya və Belarus rejimləri ilə sıx əlaqələri var”, – sənəddə deyilir.
Sanksiyaların nə vaxt tətbiq ediləcəyi dəqiq göstərilmir.