Kanada Rusiyadan neft məhsullarının idxalına qadağa qoydu

Kanada Rusiya Federasiyasına qarşı xüsusi iqtisadi tədbirlərə yeni düzəlişlər edib.

Belə ki, anti-Rusiya sanksiyalarının bir hissəsi olaraq bu ölkədən neft məhsullarının idxalına qadağa qoyulub.

“Kanadadakı hər hansı bir şəxsə və Kanadadan kənardakı hər hansı bir kanadalıya Rusiyadan və ya Rusiyadakı hər hansı bir şəxsdən neft məhsullarını almaq və ya idxal etmək qadağandır”, – deyə sənədə edilmiş düzəlişdə bildirilir.

Həmçinin, yeni düzəlişlərə əsasən, Rusiya Müdafiə Nazirliyi də Kanada sanksiyalarının tətbiq edildiyi siyahıya əlavə edilib. 

Hamısını Göstər

Related Articles

Back to top button