Kanada üçün Çinlə ticarət sazişi fəlakət olacaq-Tramp

ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə əməkdaşlığını sərt tənqid edərək bunun ölkə üçün ağır nəticələrə gətirib çıxaracağını bildirib.
Teleqraf xəbər verir ki, Donald Tramp “Truth Social” sosial şəbəkəsində Kanadanın Çin Xalq Respublikası ilə yaxınlaşmasının özünə zərər vurduğunu qeyd edib.
“Kanada sistemli şəkildə özünü məhv edir. Çinlə saziş onlar üçün fəlakətdir”, – ABŞ prezidenti yazıb.
Trampın sözlərinə görə, Ottavanın Pekinlə bağlayacağı mümkün razılaşma Kanada tarixində ən uğursuz ticarət sazişlərindən biri ola bilər.
Bundan əlavə, ABŞ lideri Çinin Kanadaya təsirini artırdığını iddia edərək, bunu hətta hokkey mövzusu ilə də əlaqələndirib.
Polise.az



