Kanadada 148 illik kilsəni məscidə çevirdilər
Kanadanın Toronto şəhəri ətrafında yaşayan uyğurlar ərazidəki istifadə edilməyən kilsələrdən birini 610 min Kanada dolları müqabilində satın alıb.
İcma nümayəndələri 148 illik kilsəni məscidə çeviriblər.
1873-cü ildə inşa edilmiş Mont Karmel kilsəsi artıq Kanada Uyğur Tükrləri İslam və Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərir.
Mərkəzin rəhbəri Etibar Artış bildirib ki, məscid-mərkəzin açılmasında məqsəd uyğurların qərb mədəniyyətinin təsiri altında assimilyasiyasının qarşısını almaq, həmçinin milli mənəvi dəyərləri və mədəniyyəti yaşatmaqdır.