Karantin rejimi uzadıldı, SMS icazə sistemi bərpa edilir

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda qəbul edilmiş xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib”, – o bildirib.

Onun sözlərinə görə, 21-iyundan 5-iyul tarixinədək (5 iyul səhər saat 6-dək) Bakı, Sumqayıt, Gəncə, Yevlax, Lənkəran, Abşeron, Masallı şəhərlərində xüsusi icazə əsasında – SMS icazə sistemi ilə evdən çıxmağa icazə veriləcək. Bunun hansı sahələrə aid ediləcəyi ilə bağlı isə Qərargahın sabah keçirilən brifinqində ətraflı açıqlama veriləcək.

Bununla belə o, ticarət obyektlərinin fəaliyyətinin, həmçinin iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılacağını istisna etməyib. 

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button