Karantin rejimini pozan şəxslərdə narkotik vasitə aşkar edildi

Karantin rejimini pozan şəxslərin üzərində heroin tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Sumqayıt şəhər sakinləri Ədalət Aşurov və Ramin Mirzəliyev sonuncuya məxsus “Renault” markalı nəqliyyat vasitəsilə Qusar-Xaçmaz istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq, Xaçmaz rayonunun Xudat şəhəri ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Məlum olub ki, həmin şəxslər heç bir icazələri olmadan Xudat şəhərinə istirahət etmək məqsədilə gəlmək istəyiblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özünü şübhəli apardığı üçün onların üzərlərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Nəticədə, hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ədalət Aşurov və Ramin Mirzəliyev narkotik maddə istifadəçisi olduqlarını və həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button