Kaya Kallas AZAL təyyarəsinin vurulması ilə bağlı: “Moskva bu faciə üçün şərait yaratdı”
AZAL aviaşirkətinə məxsus təyyarənin vurulması ilə bağlı açıqlama verən Estoniyanın Baş naziri Kaya Kallas bildirib ki, Moskva bu faciənin baş verməsi üçün lazımi şəraiti yaradıb.
Faciənin səbəbləri ilə bağlı versiyalar arasında təyyarənin Qroznı hava limanına enməyə çalışarkən Rusiya HHM sistemləri tərəfindən vurulduğuna dair iddialar artır. Avropa İttifaqının yüksək səviyyəli nümayəndəsinə görə, bu versiyanın lehinə “getdikcə daha çox sübutlar” ortaya çıxır.
Musavat.com-un məlumatına görə Kaya Kallas vurğulayıb ki, hadisə ilə bağlı məsuliyyət istənilən halda Rusiya hakimiyyətinin üzərinə düşür.
Kallas həmçinin, son aylarda Avropada baş verən diversiya cəhdlərində Rusiyanı günahlandırıb. O, bu hadisələri Aİ-nin infrastrukturlarını destabilizasiya etməyə yönəlmiş koordinasiyalı fəaliyyətlərin bir hissəsi adlandırıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma başladığı vaxtdan Avropadakı diversiya halları artıb.
Baş nazir nümunə olaraq Baltik dənizində Estlink 2 sualtı kabelinin zədələnməsini göstərib. Bu insidentlə bağlı aparılan araşdırmalarda Finlandiya müstəntiqləri hadisədə Rusiyanın “kölgə donanması”na aid Eagle S tankerindən şübhələnir.
Polise.az