Keçmiş deputata cinayət işi açıldı

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində keçmiş deputat Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb. 

Keçmiş deputat 178.2.3 (dələduzluq əməli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bildirilir ki, cinayət işi Rafael Cəbrayılovun borclu olduğu şəxslərin Baş prokuror Kamran Əliyevə müraciətindən sonra başlanıb.

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bir qurp vətəndaşdan külli miqdarda borc pul alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Keçmiş deputatın borclu olduğu şəxslər Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə dəfələrlə ona müraciət etsələr də nəticəsi olmayıb. Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra zəzərçəkənlər ona da müraciət ediblər. Elə ilk müraciətdən sonra məsələ nəzarətə götürülüb. Az sonra isə Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb. 

Rafael Cəbrayılov toplam olaraq 1 550 000(1 milyon 550 min) dollar borcu var ki, bu da milli valyuta ilə 2 635 000(2 milyon 635 min) manat eləyir. Keçmiş deputatın borclu olduğu şəxslər aşağıdakılardır:

Məlahət Qurbanova – 580 000 dollar
Təranə Fətəliyeva  – 300 000 dollar
Xatirə Nəcəfova – 200 000 dollar
Yusif Orucov – 200 000 dollar
Aynur Kazımova -100 000 dollar  
Şəfa Məmmədova – 80 000 dollar
Bəşir Məmmədov – 60 000 dollar
Allahverdi Səfərəliyev – 30 000 dollar

Əldə etdiyimiz məlumatda bildirilir ki, zərərçəkənlər istintaqın gedişindən razıdırlar. Onlar ümid edir ki, yaxın vaxtlarda problemləri həllini tapacaq.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button