Kelloq: ABŞ, Almaniya, Fransa və İngiltərə nümayəndələri iyunun 2-də İstanbulda olacaqlar

İyunun 2-də Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşündə ABŞ, Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri də iştirak edəcək.

Teleqraf xəbər verir ki, ABC News-a müsahibəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq belə deyib.

O bildirib: “Gələn həftə İstanbulda keçiriləcək danışıqlarda masa arxasına əyləşib müzakirə aparacağıq. Bizimlə E3 adlanan qurumdan – Almaniya, Fransa və İngiltərədən olan milli təhlükəsizlik müşavirləri də olacaq. Londonda olanda onlar Ukrayna məsələsi üzrə şərtləri formalaşdırmaqda bizə kömək etdilər. Onlar da orada olacaqlar və öz fikirlərini bildirəcəklər”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button