Kelloq:Bu qışdan sağ çıxsa, üstünlük Ukraynanın tərəfində olacaq

Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlmək iqtidarında deyil.

Musavat.com xəbər verir ki, bunu Davosdakı Ukrayna Evində keçirilən panel müzakirəsi zamanı ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sadəcə bu vəziyyətdən mümkün olan ən böyük ləyaqətlə çıxmağa çalışır: “O (Vladimir Putin – red.) bu vəziyyətdən ləyaqətlə çıxış yolu axtarır, çünki bu müharibədə qalib gələ bilməyəcəyini başa düşür”.

Trampın keçmiş xüsusi nümayəndəsi Ukraynanın müharibədə üstünlük qazanmaq üçün hazırkı qışdan sağ çıxmalı olduğuna əminliyini ifadə edib. O, Rusiyanın ciddi itkilər verdiyini vurğulayıb: “Başa düşürəm ki, bu, çətin bir qışdır. Kiyevdə baş verənləri başa düşürəm, temperaturu bilirəm. Amma səmimi qəlbdən inanıram ki, Ukrayna bu qışdan sağ çıxsa, üstünlük Rusiyanın deyil, Ukraynanın tərəfində olacaq”.

Kelloqun sözlərinə görə, Putin psixoloji cəhətdən elə bir nöqtəyə çatıb ki, sadəcə vəziyyətdən əl çəkə bilmir. O qeyd edib ki, Kreml lideri üçün müharibəni indi bitirmək məğlubiyyətə bərabər olardı.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button