Keşiş, əsgər və hamilə qadın – bir erməni psixozunun mənasız triadası – Ermənistan yenəmi savaş mesajı verir?

Şamları söndürün, keşişlər utanmasınArxa fonda keşişlər, yanan şamlar və yenə də kilsə. Doğrudanmı erməni xalqı bu qədər aylar, illər boyunca anlamadı ki, onların bütün iztirablarının və sonsuz bədbəxtliklərinin kökündə məhz kilsə dayanır”.

Bu barədə konkret.az-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib. O bildirib ki, müasir Ermənistanın darmadağın edilməsinin əsas səbəbkarları, müharibə terrorçusu və uşaq qatili Koçaryan, keçmiş silahdaşları və bir də yad torpaqda ölənlərə siyasi ağlaşma qurmaq üçün yürüşə qatılanlardır. Fonda üç ciddi mesaj gözə rəsmən girir: “Keşiş, əsgər və hamilə qadın – bir erməni psixozunun mənasız triadası. Əsgər – işğalçı olduğu üçün öldürlümüş, keşiş -əsgəri öldürülmək üçün beynini zəhərləmiş, Bəs hamilə qadın? – Yəni yenəmi savaş mesajı? Axı biz elə bilirdik ki, bunlar yeni doğulan uşaqların qulağına deyirdilər: “Թուրքը ձեր թշնամին է” – “Türk sənin düşmənindir”. Elə buna görə də, qulaqlarına pıçıldanan uşaqların hələ də sümükləri Qarabağ çöllərindən yığılır, ən yaxşı halda isə bəziləri Bakıda müharibə cinayətkarı kimi illər uzunu həbs alır, mühakimə edilir”.

“Hamilə qadın? – Yəni artıq bu mənasız və məğlub təfəkkürlə qadınların bətnindəki bəlkə hələ məsum bir uşağın da oksigenini ermənizm ilə xəstələndirirlər. Keşişlər – Müharibədə həlak olanlar sizin əməllərinizin nəticəsidir, onlara şam yandırmaq bəlkə daha da artıq təhqir etməkdir. Siz daha o şamları bütün mənalarda söndürün və utanın. İmam Əli necə deyirdi: “Şamları söndürün, gedənlər utanmasın” – Əlibəyli fikirlərini yekunlaşdırıb.

Hamısını Göstər

Related Articles

Back to top button