KİV: Aİ Rusiya aktivlərini ABŞ silahlarının alınmasına yönəltmək istəyir

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım məqsədilə ABŞ-dən silah alınması üçün Rusiya aktivləri ilə təmin edilmiş 140 milyard avroluq kredit mexanizmini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Avropa Komissiyasının təklifi bu həftə Aİ-dəki səfirlər görüşündə müzakirə olunub. Sənəddə bu vəsaitin “Ukraynanın bərpası üçün təzminat krediti” çərçivəsində istifadəsi nəzərdə tutulur, lakin vəsaitin əsas hissəsinin silah alınması və Aİ-nin müdafiə sənayesinin gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.
Mənbəyə görə, sənəddə Avropa silah istehsalına üstünlük verilsə də, ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları da qeyd olunub.
FT-nin məlumatına görə, bu addım həm də Vaşinqtonu Avropanın tərəfində saxlamalı və Rusiyaya qarşı birgə mövqeni gücləndirməlidir.
Polise.az



