KİV: Baydenin yaxın günlərdə Ərdoğana zəng edəcəyi gözlənilir

ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxın günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng vura bilər.

Polise.az  “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan hazırkı vəziyyətdə Cozef Baydenə zəng etməyəcəyini, lakin ABŞ Prezidentinin zəng edəcəyi təqdirdə onunla mövcud məsələlərin müzakirəsinə hazır olduğunu dəfələrlə bildirib. Ankaranın bu mövqeyi həm də Vaşinqtonun Qəzza sektorunda baş verənlərə münasibətilə bağlıdır.

Yaxın bir neçə gün ərzində Cozef Baydenin gözlənilən zəngi baş tutarsa, dövlət başçıları Yaxın Şərqdəki vəziyyəti, daimi atəşkəsi və hərbi əməliyyatlardan sonra Qəzza sektorunun statusunu müzakirə edəcəklər. Bundan əlavə, Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışı, həmçinin İsveçin NATO-ya üzvlüyü barədə məsələlərin də müzakirə olunacağı gözlənilir.

Nəşr qeyd edir ki, Ankara İsveçin NATO-ya üzvlüyünə qarşı deyil, lakin bu kontekstdə F-16 təyyarələri ilə bağlı müqavilənin təsdiqi məsələsində ABŞ Konqresindən müsbət addımlar gözləyir. Əgər bu məsələ amerikalı qanunvericilər tərəfindən razılaşdırılarsa, Türkiyə parlamenti çox güman ki, Stokholmun müraciətini təsdiqləyəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button