KİV: Harris qalib gəlsə belə, Ukrayna ABŞ-dən yardım almaqda çətinlik çəkəcək
Demokratların namizədi Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə belə, Ukraynanın ABŞ-dən yardım alması çətin olacaq.
APA xəbər verir ki, bu barədə Bloomberg mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, seçkilərdə Donald Tramp qalib gəlsə, Ukraynanın imkanları kəskin şəkildə azalacaq.
O da vurğulanır ki, hətta Harris qalib gəlsə belə, hökümətin Konqresdən Ukrayna üçün əhəmiyyətli maliyyə dəstəyi alması çətin olacaq.
Polie.az