KİV: HƏMAS yalnız Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır

HƏMAS Qəzza zolağında hərbi fəaliyyəti yalnız o halda dayandırmağa razılaşar ki, danışıqlar nəticəsində Fələstin dövləti yaradılsın.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“HƏMAS üzvü bəyan edib ki, hərəkat ancaq Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır”, – məlumatda qeyd olunub.

HƏMAS üzvü hərəkatın hərbi fəaliyyətinin dayandırılmasının güc və ultimatumlarla mümkün olmadığını da vurğulayıb.

“İsrail iki il ərzində HƏMAS-ın silahı yerə qoyması üçün bütün hərbi gücünü istifadə edib, amma heç nə alınmayıb”, – o əlavə edib 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button