KİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqları davam etdirir – YENİLƏNDİ

“Axios” nəşrinin müxbiri Barak Ravid İran nümayəndə heyətinin İsveçrədə ABŞ ilə aparılan məsləhətləşmələri davam etdirdiyini bildirib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, jurnalist bu barədə diplomatik mənbəyə istinadən məlumat yayıb.
Barak Ravidin sözlərinə görə, İsveçrədə keçirilən danışıqlarda iştirak edən diplomat İran nümayəndə heyətinin ölkəni tərk etmədiyini və ABŞ ilə danışıqların hələ də davam etdiyini bildirib.
“İsveçrədəki danışıqlarda iştirak edən diplomatın iddiasına görə, İran nümayəndə heyəti getməyib və ABŞ ilə İran arasında danışıqlar davam edir”, – deyə jurnalist “X” sosial şəbəkəsində yazıb.
***
21:06
İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi təhdidlərdən sonra İsveçrədə amerikalı rəsmilərlə keçirilən danışıqların məkanını tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, İran nümayəndə heyəti Donald Trampın bəyanatlarına etiraz əlaməti olaraq danışıqları yarımçıq qoyub.
“İranın danışıqlar qrupu Trampın təhdidlərinə etiraz olaraq görüş yerini tərk edib”, – məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Hörmüz boğazının açıq saxlanılmayacağı təqdirdə İranın məhv ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
***
19:30
ABŞ və İran arasında imzalanması nəzərdə tutulan memorandumla bağlı İsveçrədə keçirilən dördtərəfli danışıqlar 80 dəqiqəlik məsləhətləşmələrdən sonra müvəqqəti olaraq dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, fasilə nümayəndə heyətləri daxilində əlavə məsləhətləşmələrin aparılması zərurəti ilə əlaqədardır.
Danışıqlarda ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Pakistanın Baş naziri Şahbaz Şərif və Qətərin Baş naziri, eyni zamanda xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani iştirak edirlər.
Polise.az



