KİV: İsrail və ABŞ İranda qaz boru kəmərinə zərbə endirib

İsrail və ABŞ silahlı qüvvələri İranın cənub-qərb və mərkəzi hissələrindəki qaz infrastrukturu obyektlərinə zərbələr endirib.

Polise.az-ın məlumatına görə, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hücumların hədəfi İsfahanda yerləşən qazpaylayıcı stansiyanın binası, habelə İraqla sərhəddə yerləşən Xürrəmşəhr şəhərindəki elektrik stansiyasına gedən qaz kəməri olub.

Atəş nəticəsində həlak olanlar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Agentlik dəqiqləşdirib ki, qaz infrastrukturu obyektlərinə, eləcə də yaxınlıqdakı yaşayış binalarına maddi ziyan dəyib.

ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin “tam nizamlanması” barədə “çox yaxşı” danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button