KİV: Putin Ukraynaya qarşı müharibədə hədəflərini dəyişdi

Yeni kəşfiyyat məlumatları göstərir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə diqqətini daha qısamüddətli məqsədlərə yönəldib.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, V.Putin diqqətini hazırda ələ keçirilən ərazilər üzərində nəzarəti gücləndirməyə və çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatını stimullaşdırmağa yönəldir.