KİV: Sergey Lavrovun Marko Rubio görüşündə gərginlik yaşanıb

Sentyabrın 24-də Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdə gərginlik yaranıb.
Teleqraf xəbər veir ki, bu barədə Çinin “Sohu” agentliyi məlumat yayıb.
Bildirilib ki, görüş qapalı qapılar arxasında təxminən bir saat davam edib. Məlumata görə, dialoq zamanı tərəflər arasında fikir ayrılıqları açıq şəkildə hiss olunub. Görüşdə əsas mövzu Ukraynadakı münaqişə olub.
Bundan əvvəl Lavrov bildirib ki, Moskva Alyaskada iki ölkə lideri tərəfindən müəyyən edilmiş xəttə əməl etməyə hazırdır.
Polise.az



