KİV: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər

“ABŞ hazırkı hərbi əməliyyat bölgələrindən birinə qoşun yeridərsə, 2026-cı ildə üçüncü dünya müharibəsinin iştirakçısına çevrilə bilər”.

Moderator.az xəbər verir ki, bunu “19FortyFive” jurnalının hərbi eksperti Brent İstvud bildirib.

“Prezident Donald Trampın rəhbərliyi altında bir sıra atəşkəs sazişləri və diplomatik qələbələrdən sonra belə, dünya xəritəsi ABŞ-ni müharibəyə cəlb edə biləcək qaynar nöqtələrlə doludur”, – deyə o qeyd edib.

Hərbi ekspert beş mümkün müharibə ssenarisini araşdırıb: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və Rusiya qarşıdurması, Çinin Tayvana qarşı addımları, ABŞ-nin Venesuela və ya İrana potensial hücumları, Şimali Koreyanın Cənubi Koreyaya gözlənilməz hücumu.

İstvud əmindir ki, çəkindirmə gücü, müttəfiqlik və ABŞ-nin müharibədən kənarda qalmaq istəyi 2026-cı ildə üçüncü dünya müharibəsinin başlayıb-başlamayacağını müəyyən edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button