KİV: Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə girib, bir neçə kəndi nəzarətə götürüb
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Sudja rayonunun Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb.
“Report” xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusunun bölmələri Kursk vilayəti Sudja-Qonçarovka rayonunun qərb ətrafına doğru hərəkət edərək 38K-004 magistral yolu boyunca nəzarət zonasını genişləndirə bilib.
Təsdiqlənməmiş məlumatlara görə, qeyd olunan yaşayış məntəqəsində döyüşlər davam edir. Həmçinin Ukrayna birləşmələrinin Yunakovka istiqamətində cəmləşdiyi qeydə alınıb. Onlar Basovkadan keçərək Sverdlikovo və ya Qonçarovkaya doğru irəliləyirlər.
Polise.az