KİV: Vaşinqton və Kiyev ABŞ planının əksər bəndləri üzrə razılığa gəlib

Noyabrın 23-də Cenevrədə keçirilən görüşdə ABŞ və Ukrayna nümayəndə heyətləri Vaşinqtonun təklif etdiyi 28 bəndlik sülh planının əksəriyyəti ilə razılaşıblar.

Polise.az  xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Agentliyin yazdığına görə, razılaşma əsasən Ukrayna Silahlı Qüvvələri, əsir mübadiləsi formatı və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı müddəaları əhatə edir. Mənbə bu müddəaların yenilənmiş mətnini təqdim etməyib.

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən danışıqlarda Ukraynanın bəzi ərazilər və NATO-ya üzvlükdən imtinasının Ukrayna Konstitusiyasında təsbit edilməsi də daxil olmaqla bir neçə məqam müzakirə üçün açıq qalıb. Planın qalan bəndlərini yekunlaşdırmaq üçün Tramp və Zelenski arasında keçiriləcək görüşün tarixi müəyyən edilməyib. Görüşün bu və ya gələn həftəyə planlaşdırıldığı bildirilib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button