KİV:Danimarka Qrenlandiyanı qoruya bilməyəcək
Danimarka öz hərbi texnikasını Ukraynaya göndərdiyinə görə Amerikanın seçilmiş prezidenti Donald Trampın dövründə Qrenlandiyanın hərbi yolla ABŞ- a mümkün ilhaqına qarşı çıxa bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşri məqaləsində yazıb.
Nəşr iki ölkənin hərbi gücünü müqayisə edib. Belə ki, ABŞ 2023-cü ildə müdafiəyə 948 milyard dollar, Danimarka isə cəmi 9,9 milyard dollar xərcləyib.
Materialda qeyd olunur ki, Danimarka silahlı qüvvələri ABŞ-ın işğalına tab gətirmək üçün kifayət qədər hazırlıqlı və təchiz olunmayıb.
Bundan əlavə, danimarkalılar hərbi texnikanın xeyli hissəsini hərbi yardım kimi Ukraynaya göndəriblər.
Polise.az