Kiyevə kütləvi dron hücumu olub
Noyabrın 19-na keçən gecə Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə 20 kamikadze dronu ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın 15 kamikadze dronunu zərərsizləşdirib. Hücum 5 saat davam edib.
Polise.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, “Şahed” tipli PUA-larla olunan hücumlar Ukraynanın Kiyev, Poltava, Çerkası vilayəti ərazilərinə edilib.
Gecə saatlarında Ukraynada bir neçə dəfə hava xəbərdarlığı elan olunub.
Hava hücumu nəticəsində Kiyev vilayətinin ərazisində strateji infrastruktura ziyan dəyib. Yerli hakimiyyət orqanları hansı obyektin zədələndiyini açıqlamayıb. Zərbə nəticəsində yanğın başlayıb və artıq söndürülüb. Hadisə yerində təcili yardım xidmətləri və operativ qruplar işləyir.
Polise.az