Kiyevdə daha bir yaşayış binasına mərmi düşdü
Kiyevdə Rusiya ordusunun atəşə tutması nəticəsində daha bir çoxmərtəbəli yaşayış binası dağıdılıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər yanğın baş verib. Yerli vaxtla saat 06:46-da yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, bir nəfər xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, dünən də Ukrayna paytaxtında yaşayış binası artilleriya atəşinə tutulmuşdu.



