Kobaxidze: “İğtişaşlara Avropa İttifaqı dəstək verir…” –

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, konstitusiya quruluşunun devrilməsi cəhdinə Avropa İttifaqının rəsmi nümayəndəsi dəstək verib. O, hesab edir ki, Aİ-nin Gürcüstandakı səfiri bu vəziyyətdən uzaqlaşmalı və Tbilisinin küçələrində baş verənləri sərt şəkildə qınamalıdır.
Paytaxt meri Kaxa Kaladze isə Tbilisidə keçirilən etiraz aksiyaları barədə danışaraq bildirib ki, zorakılığa yol verən hər kəs qanun qarşısında cavab verəcək.
O qeyd edib ki, bir neçə hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, onlardan birinin vəziyyəti olduqca ağırdır: “Zorakılıq törədənlərlə bağlı biz dəfələrlə xəbərdarlıq etmişik ki, zorakılığa yol verməsinlər – bunun hüquqi nəticələri olacaq. Aydındır ki, zorakılığa görə məsul olan hər kəs qanun çərçivəsində cavab verəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına gəlincə, bir neçə əməkdaş xəsarət alıb. Onlardan birinin vəziyyəti olduqca ağırdır. Mən ona şəfa diləyirəm. Sağlamlıq sahəsində çalışanlar onun sağalması üçün əllərindən gələni edirlər”.
Polise.az



