Köçəryanın döyüş postunda nə ölümü var, Nikol?!

Bir vaxtlar Rusiya prezidenti Robert Köçəryanı həbsxanada da “tapıb”, onu doğum günü, yaxud hansısa bayram bəhanəsilə təbrik edirdi. Bu dəfə, Milad bayramı münasibətilə “ölü”lərdən yalnız Köçəryanı yox, digər Xocalı qatili Serj Sərkisyanı da təbrik edib. 

Maraqlı və təəccüblüdür, Rusiya prezidentinin hardan yadına düşdü bu meyitlər? Bu barədə həmkarım Nazim Sabiroğlunun yazısında bir sıra maraqlı məqamlar var. Rusiyanın hansısa maraqları ola bilər. Amma bəs cəmi 44 günə tarixi dərs alan Ermənistan necə, ağıllanmayıbmı?..
Diqqət edin, eyni gündə “Qarabağ klanı”nın təsir dairəsində olan “Ermənistan” fraksiyasının üzvləri Azərbaycanla şərti sərhədlərə gəliblər. Özü də kimlər: Robert Köçəryanın oğlu Levon Köçəryan, Artur Sərkisyan, Avqan Vardanyan Zəngəzurda olublar. Ermənistan parlamentinin fraksiya üzvlərinin bir qrupu da Tavuş – Tovuzqala istiqamətində peyda olub. Mher Melkonyan, Qarnik Danielyan bu istiqamətdəki döyüş postlarında “post qurublar”. Özü də döyüş postlarının biri Qarabağ müharibəsində məhv edilmiş Armen Ohanyanın adını daşıyırmış. Məlumatda deyilir ki, erməni deputatlar Ohanyan postundan Azərbaycan ordusunun mövqelərini izləyiblər.

Ermenistan Ulusal Meclis Başkanı: Barışın tesis edilmesi Türkiye olmadan mümkün değil - Son Dakika
Heç şübhəsiz ki, təxribatçı addımdır. Məsuliyyət yalnız revanşist fraksiya üzvlərinindirmi? Təbii ki, yox. Döyüş postu ferma qapısı deyil ki, hər gələn keçib yuxarı başda dayansın. Buna icazə verən rəsmi qurumlar var, demək birbaşa hakimiyyətin, eləcə də Nikol Paşinyanın iradəsi rol oynayıb bu təxribatın törədilməsində. 

Diqqət edin və yenə də eyni gündə Ermənistan parlamentinin sədri Alen Simonyan Sovet Ermənistanının xəritəsini parlamentin yuxarı başından asdırır, bu barədə paylaşım edir, paşinyansayağı erməniləri real Ermənistandan kənara çıxmamağa çağırır, amma paralel olaraq “Ermənistan” fraksiyasının deputatları Azərbaycanla şərti sərhədlərdə sülənirlər. Bəli, buna başqa ad qoymaq mümkün deyil, sərt səslənsə də. Robert Köçəryanın oğlunun hələ dəqiqləşdirilməyən şərti sərhədlərdə nə ölümü var? Olmaya cani atasının yolunu getməyi qətiləşdirib? Digər məqam: parlamentə xəritə asdıran Alen Simonyan niyə maraqlanmayıb ki, onun rəhbərlik etdiyi deputatlar haradadır? Çox gümün ki, xəbərdar olub, elə isə niyə ən azı nizamnaməni pozduqları üçün onları tənbeh eləmək istəməyib? Deməli, işin işində o da var…

Bu, həmin Alen Simonyandır ki, 2023-cü ildə “ilin sonunadək  sülhü imzalamağa hazırıq”-demişdi. 2024 başa çatır və ilin sonuna saatlar qalmış erməni deputatlar döyüş postlarında peyda olurlar. Sülh beləmi imzalanır?! Təbii ki, Ermənistanın mahiyyətinə kifayət qədər bələdik  və təəccüblənmirik. Paşinyan hakimiyyəti “sülh libası”nın arxasında revanşkistlərə meydan verir. 

Nikol Paşinyan: Ermənistan hakimiyyətinə Azərbayca...
Sual oluna bilər: Ermənistan niyə belə riskli addımlara yol verir, bilə-bilə ki, Azərbaycanın səbrini daşıra bilər? Hazırda Azərbaycanla Rusiya arasında “soyuq küləklər”in əsməsi Ermənistanı hərəkətə gətirib. Gümrüdəki 102 saylı hərbi hissədə bayram tədbiri keçirilir, Rusiya və Ermənistan rəhbərlikləri arasında bayramlaşma olur, İran-Ermənistan sərhədindən rus hərbçiləri çıxır və nəzarət 30 dekabrdan erməni sərhədçilərinə həvalə olunur… Özü də bu, Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının son toplantısına “xəstəyəm” bəhanəsi ilə qatılmamasından, yalnız distant qaydada iştirakından sonra baş verir. Növbəti şantaj işə yarayır və Ermənistan fürsətdən yararlanmağa çalışırlar. O da istisna deyil ki, Ermənistanın sınıq-salxaq ordusundakı “5-ci kolon”, yaxud Rusiyaya bağlı terrorçu təşkilatlar daha ciddi təxribatlara əl ata bilərlər. Azərbaycanın dövlət başçısı bir neçə dəfə Ermənistanı silahlandıranlara, bu ölkədə revanşizmə dəstək verənlərə, həmçinin rəsmi İrəvana xəbərdarlıq edib. Ölkəmizin rəhbəri Ermənistanın nə silahlanmada, nə də döyüş meydanında Azərbaycanın qarşısında tab gətirmək imkanında olmadığını bildirib. Amma Ermənistan özbaşınadırmı? Bir çox hallarda özləri bilə-bilə başlarını Dəmir Yumruğun altına verməyiblərmi? Növbəti dəfə Bakı ilə Moskva arasındakı “təyyarə böhranı”ndan sui-istifadə etmək istəmələri də istisna deyil. Bilirik ki, Paşinyan özü üçün hansısa “pir qələbəsi” qazanmağa fürsət axtarır. Vaxtilə “Qarabağ Ermənistandır. Nöqtə”-demiş birisindən hər şey gözləmək olar. Nə olsun ki, reallıqdan danışır…Əksini iddia edirsə, Paşinyan bu suala tezliklə aydınlıq gətirsin: Köçəryanın oğlunun döyüş postinda nə ölümü var?!

Elşad Paşasoy, Musavat.com
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button