Köçəryanın məhkəməsində gərginlik: vəkillər prosesi boykot etdilər

Eks-prezident Robert Köçəryanın məhkəmə prosesi yenidən təxirə salınıb.

Erməni mediasına istinadən xəbər verilir ki, buna səbəb vəkillərin məhkəmə zalından çıxmaları olub.

Köçəryanın müdafiəçiləri hakim Anna Danibekyana etiraz olaraq prosesi tərk ediblər. Hakim müdafiə tərəfinin vəsatətlərinə baxmaqdan imtina etdiyi üçün gərginlik yaşanıb.

Növbəti məhkəmə iclası martın 30-na təyin edilib. Bununla belə, hakim bildirib ki, növbəti iclasda vəkillər Aram Vardevanyan, Ayk Alumyan, Ovanes Xudoyan və Miqran Poqosyana qarşı sanksiyanın qəbul edilməsi məsələsinə baxıla bilər.

Hamısını Göstər

Related Articles

Back to top button