“Konstitusiya və Suverenlik ili” ilə bağlı dəyirmi masa keçirildi -FOTO

Cari ilin may ayının 1-i Gənclərin Respublika Bədii Yaradıcılıq Evi publik hüquqi şəxsin Nəsimi filialında “Konstitusiya və Suverenlik ili” ilə bağlı dəyirmi masa keçirildi.
Dəyirmi masada “Polisə dəstək” ictimai birliyin sədri polkovnik Şəmsəddin Əliyev, Bədii Yaradıcılıq Evinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əbilhəsənova, Kütləvi işlərin təşkili şöbəsinin müdiri Kəmalə Muradlı və Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Dəyirmi masada polkovnik Şəmsəddin Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, insan hüquqları,vəzifələr, konstitusiyanın tərkibində olan maddələr haqqında bütün şagirdləri məlumatlandırdı.
Azərbaycan respublikasının suverenliyi, əldə olunan müstəqilliyi, dövlət atrebutları, 44 günlük müharibədə şücaət göstərən ordumuz haqqında dəyirmi masa iştirakçılarını məlumatlandırdı.
Dəyirmi masa iştirakçılarının sualları cavablandırıldı və onlara Azərbaycan respublikasının ərazi bütövlüyünü, bayrağımızı, suverenliyimizi qorumağı şagirdlərə tövsiyə etdi.
 
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button