Koronavirus xəstələri barəsində araşdırma başlanılıb

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində araşdırma başlanıb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Orxan Həsənova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə Katex kəndi ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Orxan Həsənov barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

***

Saatlıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar edildi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Saatlı rayon sakini S.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Saatlı RPŞ-də araşdırmalar aparılır.

***

Cəlilabadda ictimai yerlərdə 4 koronavirus xəstəsi aşkarlanıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Cəlilabad rayon sakinləri E.Hüseynov, R.Yusubov, T.Əliyev və H.Rzazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button