Koronavirusun Cənubi Amerika mutasiyası vaksinə məhəl qoymur

Bir ildən çoxdur dünyanı cənginə almış və pandemiyaya, 100 milyondan çox insanın yoluxmasına, 2 milyondan çox insanın ölümünə səbəb olmuş koronavirusun Cənubi Amerikada aşkarlanmış yeni mutasiyası vaksinlərə məhəl qoymur. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssislər onu “ən təhlükəli mutasiya” adlandırırlar və vaksinlərə olan ümidləri azalda biləcəyini deyirlər.

Koronavirusun “Cənubi Amerika ştammı” ilk dəfə ötən ilin oktyabrında Cənubi Afrika Respublikasında aşkarlanıb, hazırda əsasən Afrika qitəsində yayılmaqdadır. Bu ştamm da “Böyük Britaniya ştammı” kimi daha sürətlə yayılır, amma onun xəstəliyin ağır keçməsinə təsirləri hələ dərindən araşdırılmayıb.

Alimlər onu da qeyd edirlər ki, daha yoluxucu variantların yayılması virusun yeni  mutasiyalarını önləməkdən ötrü vaksinasiyanı sürətləndirməyin vacibliyini göstərir. Son məlumata görə  koronavirusun ilk dəfə Cənubi Afrikada aşkarlanmış daha yoluxucu variantı Birləşmiş Ştatlarda da qeydə alınıb. Bu mutasiyanın mövcud vaksinlərə və anticism müalicələrinə qismən müqavimət göstərməsi isə narahatlığı artırır.

Cənubi Karolinada bir-birilə əlaqəsi olmayan, bu yaxınlarda səyahətə çıxmamış iki nəfərdə Cənubi Afrika variantı aşkarlanıb. Bu isə mutasiyanın cəmiyyətdə artıq yayılmaqda olduğunu göstərə bilər.

Səhiyyə ekspertləri daha öncə də Cənubi Afrika variantının Birləşmiş Ştatlarda mövcud ola biləcəyini ehtimal edirdilər. İndiyədək Britaniya və Braziliyada tapılmış variantlar ABŞ-da da təsdiqlənib. Cənubi Afrika variantı azı 30 ölkədə qeydə alınıb. Bu variant B.1.351 adıyla tanınır.

Bu arada “Novavax” şirkəti hazırladığı COVID-19 vaksininin Britaniyada sınaqlarda 90 faiz effektli olduğunu bildirib. ABŞ-da mənzillənən şirkət onu da qeyd edib ki, vaksini Cənubi Afrika variantına qarşı 60 faizədək qoruma təmin edir.

Moderna və Pfizer/BioNTech şirkətlərinin həftənin əvvəlində bildirməsinə görə, onların vaksinləri Britaniya variantına qarşı effektlidir, amma Cənubi Afrika variantına qarşı daha az qoruma təmin edir. ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Entoni Fauçi MSNBC-yə deyib ki, yeni variantların hamısı narahatlıq yaradır, amma “ən çox narahatlıq doğuran və həqiqətən problemli ola biləcək variant Cənubi Afrikadakı mutantdır”.

Hazırda istifadədə olan üç vaksinin Cənubi Afrika variantına qarşı az effekt göstərməsi pandemiyanı nəzarətə alma cəhdlərini çətinləşdirir. Amma alimlərin fikrincə, hətta az effektli vaksin belə heç nədən yaxşıdır. Üç vaksin istehsalçısı dərmanları daha səmərəli etməkdən ötrü dəyişiklik planlaşdırdıqlarını bildiriblər.

Koronavirus ilk dəfə Çinin Uhan şəhərində meydana çıxıb və sürətlə dünyaya yayılıb. Virusun Uhan ətrafındakı hərbi labaratoriyadan sızmasına dair çoxsaylı şübhələr var. Çin hakimiyyəti uzun müddət beynəlxalq ekspertlərin virusun mənşəyini araşdırmaq üçün Uhana səfərinə icazə verməyib. Nəhayət bu günlərdə Dünya Səhiyyə Təşkilatının missiyasının Çinə göndərilməsi razılaşdırılıb. Bu gün yanvarın 29-da Dünya Səhiyyə Təşkilatının (DST) COVID-19 pandemiyasının mənşəyini araşdıran missiyası Çin alimləri ilə görüşəcək, Vuhanda laboratoriyalara, bazarlara və xəstəxanalara baş çəkəcəklər.

Hazırda Çin rəsmiləri və dövlət mediası virusun bu ölkədən qaynaqlanmasını belə şübhə altına almağa çalışırlar.

Hamısını Göstər

Related Articles

Back to top button