Koronavirusun mənşəyi ilə bağlı yeni versiya ortaya çıxdı: ÜST araşdırır

Koronvirusun mənşəyi barədə yeni versiya irəli sürülüb.

Virusun yaranmasına Çində heyvanlarla ticarətin səbəb olduğu ehtimalı yaranıb.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri pandemiyanın yaranmasının məzh bu versiyası üzərində işləyirlər.

Mütəxəssislərin irəli sürdüyü bu hipotezin araşdırılmağa ehtiyacı var. Bundan əvvəl virusun yayılması səbəbi kimi yarasalar göstərilirdi. İndi isə Çində araşdırma aparan ÜST nümayəndə heyəti yeni hipotezlə bağlı məqamları sənədlərə daxil edəcək. Sənəd bu həftə yayınlanacaq.

Britaniyalı bioloq Piter Daszak bildirib ki, virusun yayılması səbəbi kimi yeni versiya üzərində diqqəti cəmləmək olar.

Xatırladaq ki, ÜST nümayəndə heyəti ötn ilin sonunda Çinin Uhan şəhərində-koronavirusun vətənində araşdırma aparıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button