Koronavirusun yeni ştammı aşkarlandı
Fransanın Marsel şəhərində koronavirusun yeni ştammı aşkarlanıb.
Bu barədə Marsel İnfeksion Xəstəliklər İnstitutunun (IHU) alimləri bildiriblər. Onların bununla bağlı araşdırması “MedRxiv” portalında dərc olunub.
Araşdırmaya görə, B.1.640.2 kimi qeydiyyata alınan koronavirusun yeni variantı Kamerundan qayıdan bir şəxsdə müəyyən edilib. Hazırda 12 nəfər bu ştamma yoluxub.
Alimlər virus genomunun təhlili zamanı 46 mutasiya aşkar ediblər.
Yeni variant “IHU” (Universitetin adına uyğun olaraq) adlandırılıb.