Korotçenko: Bugünkü seçkilər Azərbaycanın siyasi sabitliyini təsdiqləyir

Bu gün Azərbaycanın bütün suveren ərazisində keçirilən parlament seçkiləri dağılan dünya nizamı şəraitində ölkənin siyasi sabitliyini təsdiqləyir.

Polise.az  xəbər verir ki, bunu rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

“Bu, Azərbaycanın bütün suveren torpaqlarında keçirilən ilk parlament seçkiləridir ki, bu da dağılmaqda olan dünya nizamında ölkədəki siyasi sabitliyi təsdiq edir. Məhz siyasi sistemin sabitliyi Azərbaycanın inamlı inkişafının əsasını təşkil edir”, – o bildirib.

İ.Korotçenko qeyd edib ki, seçkilərin nəticələri Qərb dövlətlərinə Azərbaycanın yüksək demokratik standartlarını nümayiş etdirəcək.

“Qərbin, xüsusən də Azərbaycanı çox qızğın şəkildə tənqid edən Fransa kimi ölkələrin Azərbaycanın seçki sistemindən öyrənməli olduğu çox şey var. Fransanın müasir siyasi sistemi totalitardır və neokolonial siyasətə sadiqdir, müasir Azərbaycan isə Qərbə ədalət standartlarını nümayiş etdirir”, – o qeyd edib.

Ekspert vurğulayıb ki, Azərbaycan bundan sonra da dost ölkələr, o cümlədən Rusiya Federasiyası ilə birlikdə inamla irəliləyəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button