Korotçenko: “Erməni hərbçilərin Paşinyanı devirmək şansları azdır”

Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko erməni hərbçilərinin baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq şanslarının aşağı olduğunu hesab edir.

“Çevriliş generalları dəstək üçün İrəvan küçələrinə tank gətirməsələr, Paşinyanı devirmək şansları xeyli azalır”, – deyə rusiyalı ekspert “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Aram Qabrelyanovun sifarişi ilə xarici və Ermənistan vətəndaşları tərəfindən “Telegram” məkanında həyata keçirilən dövlət çevrilişi çağırışlarını sənədləşdirir.

Korotçenko bunun ardından prosessual qərarların veriləcəyini də vurğulayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button