Korrupsioner məmurların həbsi davam edəcək

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra kadr və struktur dəyişiklərinə başlayan hakimiyyət paralel olara korrupsiyaya qarşı mübarizə təbdirlərini də gücləndirib. Bu, ictimai rəydə birmənalı qarşılanmasa da, iqtidar israrla bu istiqamətdə atılan addımların arxasında hansısa başqa motiv dayanmadığını bildirir. 

Müşahidələr də göstərir ki, hakimiyyət artıq korrupsiyanın idarəetmədə həllolunması müşkülə çevrilən problemlərə səbəb olduğunun fərqindədir. Korrupsiyaya qarşı mübarizə çərçivəsində yüksək vəzifəli şəxslərin həbsi bu məsələdə heç kimə güzəşt olunmadığını göstərir. Bu fakt həm də iqtidarın korrupsiyaya qarşı mübarizəyə ciddi önəm verdiyi qənaətini yaradır. Baxmayaraq ki, bu mülahizəni bölüşməyənlər də var.

Məlumat üçün deyək ki, iqtidar korrupsiayaya qarşı mübarizəyə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli icra hakimiyyətlərində xüsusi əməliyyatları ilə start verib. İlk dəfə olaraq korrupsiyaya görə icra başçıları və onların müavinləri həbs edilib. DTX-nın keçirdiyi əməliyyatların vidogörüntüləri paylaşılıb. İctimaiyyət yüksək vəzifəli məmurların cinayət başında yaxalandığını izləyib. 

Bu günə qədər Ağstafa, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətlərində xüsusi əməliyyat keçirilib. Adıçəkilən rayonların icra başçıları həbs edilib. Daha sonra DTX mərkəzi icra hakimiyyətlərinin qapısını döyməyə başlayıb. Mədəniyyət və Xarici İşlər nazirliklərində keçirilən əməliyyatlar nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs olunub. Bu qurumların rəhbərlərinin məsuliyyətdən kənarda qalıb. Bununla belə, vəzifələrini də itiriblər. 

Bəzi məlumatlara görə, hələlik istintaq gedir və mümkündür ki, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevlə sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov da istintaqa cəlb olunsunlar. Hər halda bu barədə bir neçə dəfə məlumat və mülahizələr yayılıb. 

Korrupsiaya qarşı mübarizəyə DTX ilə başlayan hakimiyyət sonradan estafeti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verib. Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra Zakir Qaralovun dövründə nüfuzunu itirmiş prokurorluq Korrupsiaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi bir neçə uğurlu əməliyyatla cəmiyyətdə müəyyən qədər inam qazanıb. 

Ölkə başçısı İlham Əliyevin bu mövzuda çıxışlarına diqqət etdikdə aydın olur ki, korrupsiaya mübarizə davam edəcək. Prezident həmçinin korrupsiyaya qarşı mübarizədən və bununla bağlı həyata keçirilən həbslərdən danışarkən israrla heç kimə güzəşt olunmayacağını bildirir. Bu isə yeni həbslərin olacağını düşünməyə əsas verir.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button